Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (17-01-2018, 14:58)
“İslamın elmə verdiyi dəyər” adlı yenikitab oxuculara təqdim olunub

“İslamın elmə verdiyi dəyər” adlı yenikitab oxuculara təqdim olunub

 

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun böyük elmi işçisi, ilahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənovun “İslamın elmə verdiyi dəyər” adlı yeni kitabı nəşr olunub. Kitab Giriş və “Elm, bilik, məlumat”, “Qurani-kərimdə elm”, “Elmin qismləri” adlı üç bölmədən ibarətdir. Müəllif giriş hissədə “Qurani-kərim”in “Əz-zümər”, “Əl-mücadilə”, “Taha” və digər surələrindən nümunə göstərdiyi konkret ayələrlə islamın elmə yüksək dəyər verdiyini, elm adamlarının islam cəmiyyətində bütün zamanlarda yüksək qiymətləndirildiyini sübut etməyə çalışır. Birinci bölmədə elm sözünün mahiyyəti, məna çalarları hədis və ayələr əsasında şərh edilir. “Qurani-kərimdə elm” adlanan bölmədə ilahi elmin, vəhyin bəşəriyyətin gedişatındakı rolundan danışılır, müəllif müxtəlif hədislərdə əksini tapmış hadisələrdən çıxış edərək elmin fəziləti, dəyər və əhəmiyyəti, onun praktik həyatdakı rolunu açıqlayır. İlahi elmin təhlili sonrakı bölmədə-“Elmin qismləri” fəslində də davam etdrilir. Kitabın nəticə hissəsində elmlə dinin əks qütblər olmadığı, əksinə, vəhdət halında insan həyatının işıqlandırılmasına, düzgün məcraya yönəldilməsinə və yaxşılaşdırılmasına xidmət etdiyi göstərilir.

Fikrimizcə, haqqında danışılan kitab islama qarşı müxtəlif iddialar irəli sürən, islamafobiyanı təbliğ edən qüvvələrə ən tutarlı cavabdır.

Kitabın redaktoru fil.ü.e.d. Kamandar Şərifov, rəyçisi f.ü.f.d. Zəkiyyə Əbilovadır. Güman edirik ki, kitab mütəxəssis və alimlər üçün maraqlı olacaq.

 

“İslamın elmə verdiyi dəyər” adlı yenikitab oxuculara təqdim olunub

шаблоны для dle 11.2

Xəbər lenti
19 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
17 03 2024
17 03 2024
17 03 2024