Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (29-12-2017, 21:00)
Nazir: Dolmanın UNESCO-nun siyahısına salınması mədəniyyətimizin təntənəsidir

Nazir: Dolmanın UNESCO-nun siyahısına salınması mədəniyyətimizin təntənəsidir

 

“Mətbəximizin ləziz təamlarından dolmanın və musiqi irsimizin nümunəsi kamançanın UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına salınması çoxəsrlik mədəniyyətimizin daha bir təntənəsidir”.

Mediatv.az-ın məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə ölkəmizin mədəniyyət və turizm ictimaiyyətinə ünvanlanan təbrikində deyib.

Nazir bildirib ki, ölkəmizin əldə etdiyi bu nailiyyətlər məhz Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində gerçəkləşib.

Ə.Qarayev qeyd edib ki, xalqımızın malik olduğu mədəni-mənəvi dəyərlərin qorunmasında, beynəlxalq aləmdə layiqincə təbliğ olunmasında mədəniyyət və turizm sahələrində çalışan minlərlə vətəndaşımızın əməyi var:

“Məmnunluqla qeyd etmək istəyirəm ki, il ərzində həyata keçirilən tədbirlərin təşkilində Mədəniyyət və Turizm Nazirliyi də yaxından iştirak edib. Qədəm qoyacağımız hər yeni il sözsüz ki, yeni çağırışlar, müasir tələblər deməkdir. İndi biz yeni texnologiyaların imkanlarından maksimum yararlanaraq mədəniyyət və turizm sahələrində xidmətin səviyyəsini daha da yüksəltməliyik. Bundan əlavə, ölkəmizdə və xaricdə yaşayan hər bir azərbaycanlı imkanları çərçivəsində mədəni irsimizin və turizm imkanlarımızın təbliğinə öz töhfəsini verməlidir”.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024