Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (2-12-2017, 17:18)
Kürdəmirdə Beynəlxalq Əlillər Günü qeyd edilib

 

 

 

 

 

 

Dekabrın 2-də rayonun “Kürdəmir” sarayında Kürdəmir Rayon İcra Hakimiyyətinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Kürdəmir rayon şöbəsinin birgə təşkilatçılığı ilə Beynəlxalq Əlillər Gününə həsr olunan tədbir keçirilib.

Tədbirdə Kürdəmir Rayon İcra Hakmiyyəti Başçısının müavini Vəsilə Əsgərli, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiəsi Fondunun Kürdəmir rayon şöbəsinin və Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Kürdəmir rayon bölməsinin əməkdaşları, əlil şəxslər və ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbirdə Kürdəmir Rayon İcra Hakmiyyəti Başçısının müavini Vəsilə Əsgərli çıxış edərək 1992-ci ildən Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə təsis olunmuş Beynəlxalq Əlillər Gününün ölkəmizdə qeyd olunmasını xalqımızın Ümummilli lideri Heydər Əliyevin əlillərə göstərdiyi yüksək qayğının nəticəsi kimi qiymətləndirib. O, Beynəlxalq Əlillər Gününün qeyd olunmasında əsas məqsədin ictimaiyyətin diqqətini onların problemlərinə yönəltməklə həmin təbəqədən olanların ehtiyac və qayğılarını yüngülləşdirmək, maddi və mənəvi yardım göstərmək olduğunu qeyd edib, son illər əlillər üçün tikilən yaşayış binaları və sağlamlıq mərkəzlərini Prezident İlham Əliyevin onlara göstərdiyi qayğının bariz nümunəsi olduğunu bildirib.

Bayram tədbirində çıxış edən Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Kürdəmir rayon bölməsinin sədri Fərəc Dadaşov əlillərin sosial həyatının daha təminatlı olması üçün həyata keçirilən tədbirlərdən danışıb.

Daha sonra Qarabağ Müharibəsi Əlilləri Qabil Xalıqov və Elsəvər Məcidov çıxış edərək ölkəmizdə əlillərə göstərilən diqqət və qayğıya görə rayon rəhbərliyinə və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Tədbirdə Kürdəmir Rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində yaşayan 54 əlilə pul yardımı verilib.

шаблоны для dle 11.2

Xəbər lenti
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024