Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (13-11-2017, 12:24)
14-cü bölmənin "metallist polisi"

14-cü bölmənin "metallist polisi"

 

Mediatv.az Nyus.az-a istinadən xəbər verir ki Saytımızın e-mail poçtuna Bakının Sabunçu rayonunun Bilgəh qəsəbəsində məlum ərazidə yerli polisin himayədarlığı altında oğurluq qara və əlvan metal qəbulu məntəqəsinin fəaliyyət göstərdiyi barədə məlumat daxil olub. Məlumatın doğruluğunu yoxlamaq məqsədilə  sözügedən ünvana - keçmiş adı ilə "Zəfəran sovxozu" kimi tanınan əraziyə yollandıq. Yerində araşdırmanın ilk nəticəsi olaraq, həmin ünvanın hazırda Hacı Zeynalabdin Tağıyev küçəsi adlandığını öyrəndik. Kifayət qədər böyük - təxminən 30 sotluq sahədə yerləşən metal qəbulu məntəqəsində müşahidə apardıq. Nəhəng metal borular və müştəriləri çağıran telefon nömrəsi yazılmış lövhə uzaqdan diqqətimizi çəkdi. Məntəqənin rəsmi fəaliyyət göstərən müəssisə kimi təşkilati-hüquqi formasını əks etdirən, sahibinin fiziki və ya hüquqi şəxs olduğunu göstərən heç bir afişaya rast gəlmədik. 

Obyektdə bir qədər video-çəkliş aparıb redaksiyaya döndük və götürdüyümüz telefon nömrəsinə gündüz zəng etdik. Zəngimizə cavab verən Şam adlı şəxs onunla bölüşdüyümüz məlumatları nə təsdiq, nə də təkzib etdi. Onu yanlışlıq olmasın deyə əlimizdə olan video-qeydlərə münasibət bildirməsi üçün hətta redaksiyaya da dəvət etdik. Lakin o, "Bir azdan mənim adamım sizə zəng edəcək" deyib əlaqəni kəsdi.

Düzü, əvvəl elə bildik ki, bizimlə danışan şəxs doğru-dürüst sahibkardır, rəhbərlik etdiyi müəssisənin də yəqin, mətbuat xidməti də vardır. Gözləyirdik ki, onun bizə zəng vuracaq "adamı" hardasa bizim həmkarımız - həmin müəssisənin "press-attaşe"si olacaq. Lakin gözləntilərimizin əksinə olaraq, həmin gün  bizə "Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin  əməliyyatçısı Cavid" kimi özünü təqdim edən şəxs zəng vurdu və hüquq dərsi keçməyə başladı: "Siz niyə vətəndaşı narahat edib böhtan atmısız, niyə onu redaksiyaya çağırmısız?.."

Biz də öz növbəmizdə Cavid müəllimə "KİV haqqında" AR qanununun bəzi maddələrini xatırlatdıq, peşə fəaliyyətimizə mane olmamağı məsləhət gördük. Polis əməkdaşının bu tezliklə bizə zəng vurması bizdə xeyli şübhələr oyatdı. Əgər "sahibkar" jurnalistdən şikayət edirsə və şikayətinə mümkün qədər tez baxılmasını istəyirsə, bundan ötrü "102"qaynar xəttinə zəng vurmalıdır (Hərçənd, jurnalistin bu qəbildən olan zəngi elə böyük təhlükə (məsələn, obyektə silahlı hücum kimi) vəd etmir ki, polis hadisə yerinə çevik alay göndərsin). Sonra da şikayətçi Bilgəh qəsəbəsindən ən yaxın PB-nin yerləşdiyi Maştağa qəsəbəsinə gedib ərizə yazmalıdır. Ərizə qeydə alınmalı, rəis öz nahar fasiləsini pozub ərizənin üstünü yazmalı, işin icraatına başlanılmalıdır. Əlbəttə ki, bütün bu prosedurların həyata keçirilməsü üçün 26 dəqiqə yetərli deyildir. Hətta yetərli olsa da belə bizə ilk zəng edən polis əməliyyatçı deyil, məhz təhqiqatçı olmalıydı.

 Görünür, birinci telefon danışığımızdan sonra bu məsələlər Cavid Cəfərovu (soyadını sonra öyrəndik)da xeyli düşündürübmüş. Çünki o, günün ikinci yarısında da bizə zəng etdi və bu dəfə daha ötkəm danışıb bizi polis bölməsinə çağırdı.

14-cü Polis Bölməsinin bu "krutoy" əməliyyatçısının soyadını öyrənmək üçün əvvəlcə internet resurslarında axtarış elan etdik. Əvvəlcə qarşımıza Hüseyn Cavidin "İblis"i çıxdı, sonra da daha nələr-nələr... Nəhayət, başqa mənbələrdən Cavid bəyin soyadının Cəfərov olduğunu dəqiqləşdirdik.

Təxminimizə görə, C. Cəfərov məsələnin qəlizləşə biləcəyi ehtimalını nəzərə alıb hətta Şam adlı şəxsin ərizəsini də ala bilər. Bu halda Sabunçu polisinə prosessual nəzarəti həyata keçirən Sabunçu rayon prokurorluğunun da məsələyə münasibətini öyrənməyimiz pis olmaz.

Mövzuya qayıdacağıq.

шаблоны для dle 11.2

Xəbər lenti
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024