Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (12-02-2014, 18:19)
Siyəzənin icra başçısının adı 600 min manatlıq qalmaqalda - ARAŞDIRMA GEDİR

 

DİA.AZ: - Prezident İlham Əliyevin səlahiyyətlərinə vaxtından əvvəl xitam verdiyi Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Həsən Əliyevlə Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımovun əlaqələri araşdırlır. DİA.AZ bildirir ki, bu haqda gunxeber.com-a verilən məlumata görə, Həsən Əliyev iş adamı Ramazan Səlimovdan 600 min manat alaraq onu icra başçısı təyin etdirəcəyini vəd edib. Məlumata görə, bu işdə Siyəzən İcra Hakimiyyətinin başçısı Arif Qasımov da iştirak edib.

 

Hər halda 600 min manat pulu alınan iş adamı istintaqa ifadəsində belə deyib. İş adamı istintaqçılara bildirib ki, H.Əliyev ondan külli miqdarda pulu aldıqdan sonra onu A.Qasımovun yanına göndərib. Bu səbəbdən də Ş.Əliyevin iş adamından 600 min manat alması ilə bağlı açılan cinayət işində A.Qasımovun da adı keçir və onun da bu iş üzrə dindirilməsi gözlənilir.

Gunxeber.com-un əməkdaşı bu məsələ ilə bağlı A.Qasımovun da fikirlərini öyrənib. Əməkdaşımızın sualını dinləyən icra başçısı adıçəkilən şəxsləri tanımadığını deyib.
Qeyd edək ki, H.Əliyevin işdən qovulması ilə bağlı məlumatda hakimin etik davranış kodeksinin tələblərini pozmaqla ədalət mühakiməsinin nüfuzuna xələl gətirdiyi qeyd edilir. H.Əliyevin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsinə səbəb kobud qanun pozuntuları, korrupsiyaya şərait yaradan hallar, etik davranış kodeksinin tələblərini pozmaq, ədalət mühakiməsinin nüfuzuna və hakimin yüksək adına xələl gətirən hərəkətlər olub. Gələn məlumat onu deməyə əsas verir ki, A.Qasımov da korrupsiyaya şərait yaradan məmur kimi vəzifəsindən uzaqlaşdırıla bilər. 

шаблоны для dle 11.2

Xəbər lenti
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024