Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (17-06-2016, 12:28)
AQRAR UNİVERSİTETİNDƏ AKADEMİK MƏMMƏDTAĞI CƏFƏROV ANILDI - FOTOLAR

AQRAR UNİVERSİTETİNDƏ AKADEMİK MƏMMƏDTAĞI CƏFƏROV ANILDI - FOTOLAR

Azərbaycan Dövlət Aqrar Universitetində akademik Məmmədtağı Cəfərovun xatirəsi həmişə hörmətlə yad edilib. Sadə və səmimi, dəyərli alim və rəhbər insan onu tanıyanların yaddaşında xoş xatirələrlə anılıb.

Mediatv.az-a ADAU-nun mətbuat xidmətindən verilən xəbərə görə artıq 9 ildir universitetin  professor-müəllim heyəti və tələbələri akademik Məmmədtağı Cəfərovun qəbir üstü abidəsini ziyarət edir, xatirəsini anırlar. Bu dəfə də universitetin əməkdaşları akademikin məzarını ziyarət edib, məzarı önünə gül dəstlələri qoyub, onunla bağlı xatirələrini bölüşüblər. Əvvəlcə alimin ruhuna Quran oxunub.

Universitetin rektoru İbrahim Cəfərov akademik Məmmədtağı Cəfərovun aqrar elmin və təhsilin inkişafındakı rolundan danışıb. Bildirib ki, Məmmədtağı  Cəfərov alim kimi kənd təsərrüfatı elmləri sahəsində misilsiz xidmətlər göstərib Azərbaycan Milli Elimlər Akademiyasının müxbir üzvü, 2001-ci ildə isə həqiqi üzvü seçilib. İctimai siyasi fəaliyyətdə də çox aktiv olub, Yeni Azərbaycan Partiyasının  təsisçilərindən biri və hakim partiyanın Gəncə şəhər təşkilatının yaradıcısı və ilk sədri seçilib.

Məmmədtağı İbrahim oğlu Cəfərov 1936-cı ildə Qərbi Azərbaycanın Amasiya rayonunun Oxçuoğlu kəndində anadan olub 1983-1989-cu və 1995-2007-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (indi ADAU) rektoru vəzifəsində işləyib. Torpaqşünas alim, kənd təsərrüfatı elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü, Azərbaycan Ziyalılar Cəmiyyətinin prezidenti kimi hörmət və nüfuz qazanıb. 2001-ci ilin aprel ayında tədris prosesində aparılan islahatlara,  Avropa şurasının tələblərinə uyğun təhsil proqramlarına, planlarına və digər göstəricilərə görə Fransa Respublikasının Sənayeyə Yardım Assosiasiyasının “Qızıl medalı” ilə təltif olunub.

Akademik Məmmədtağı Cəfərovun 200-dək elmi əsəri, onlarca kitabı, o cümlədən monoqrafiya və dərslikləri, "Azərbaycan torpaqlarında və əkinçiliyində fosfatlar problemi" monoqrafiyası, iki hissədən ibarət "Torpaqşünaslıq", "Torpaqşünaslıq praktikum" dərsliyi, "Azərbaycanda gübrələmə sisteminin əsasları", "Torpaqşünaslıq və geologiyanın əsasları", "İrimiqyaslı torpaq xəritələrinin tərtibi və istifadəsi", dörd hissədən ibarət "Torpaqşünaslıq" adlı sanballı tədqiqatı və digər əsərləri respublikamızda torpaqşünaslıq elminin inkişafında mühüm rol

AQRAR UNİVERSİTETİNDƏ AKADEMİK MƏMMƏDTAĞI CƏFƏROV ANILDI - FOTOLAR
AQRAR UNİVERSİTETİNDƏ AKADEMİK MƏMMƏDTAĞI CƏFƏROV ANILDI - FOTOLAR
AQRAR UNİVERSİTETİNDƏ AKADEMİK MƏMMƏDTAĞI CƏFƏROV ANILDI - FOTOLAR

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024