Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (10-05-2016, 17:35)
“Sovetski”də vəzifəli şəxsin otelini sökürlər - FOTOLAR

“Sovetski”də vəzifəli şəxsin otelini sökürlər - REPORTAJ, FOTOLAR

 

 

Bakının “Sovetski” kimi tanınan məhəlləsində söküntü işləri hələ də davam etdirilir. Ərazidə işləyən fəhlələrin sözlərinə görə, işlər qış aylarında sürətli aparılsa da, bir aydır ki, bu temp aşağı düşüb.
Mediatv.az xəbər verir ki, eyni zamanda orada olarkən öyrəndik ki, Akademik Milli Dram Teatrının sol tərəfindən də “Sovetski”ə yol çəkiləcək. Bu yolun çəkilməsi üçün isə “Grand Hotel”in bir hissəsi sökülməlidir. 
Hazırda “Sovetski”nin Mirzağa Əliyev, Dilarə Əliyeva, Süleyman Rəhimov Mustafa Sübhi, Zülfi Adıgözəlov, Abdulla Şaiq küçələrindəki evlər demək olar ki, tamamilə sökülüb. 
Ərazidə işləyən fəhlələr musavat.com-un əməkdaşına bildirdilər ki, aprel ayının ilk günlərindən etibarən söküntü işləri əvvəlki sürətlə aparılmır. Lakin bu, söküntü işlərinin tam dayandırılması mənasına da gəlmir. 
Yuxarıda qeyd etdiyimiz yerlərdə bir çox evlər sökülsə də, hələ də evini tərk etməyib, orada yaşayan sakinlərə rast gəlmək olur. Sakinlər musavat.com-a bildirdilər ki, ətraf ərazilər söküldüyü üçün burada yaşamaq çətindir. 
Cəfər adlı sakin bildirdi ki, son günlər kommunal xətlərdə də problemlər olur: “3-4 gün bundan öncə qazımız gəlmirdi. İşıq dirəyini də çıxarıb, aparmışdılar. Ona görə də işıqlarımız yanmırdı. Ancaq indi bərpa olunub. Biz evimizi satmaq niyyətində deyilik. Qanuna görə də biz istəmədikcə heç kim bizi mülkümüzdən çıxara bilməz. Ancaq görünür, kommunal xətləri kəsirlər ki, biz çıxaq gedək”.
Sakin Ruslan Ağayev isə bildirdi ki, bir neçə gündür, onların kommunal xətləri, özlərini İcra Hakimiyyətinin nümayəndələri kimi təqdim edən şəxslər tərəfindən kəsilib: “Bir həftəyə yaxındır ki, bütün kommunal xətlərimizi kəsiblər. Özlərini icra hakimiyyətinin nümayəndələri kimi təqdim edən 14-15 nəfər heç bir sənəd göstərmədən bu işi gördülər. Özü də deyirlər ki, bərpa olunmayacaq”.
Ərazidə çalışanlar isə sakinlərdən fərqli olaraq, başqa söz söylədilər. Onlar bildirdilər ki, söküntü zamanı bəzən kommunal xətlərə də zərər dəyir. Lakin sonradan həmin xətlər bərpa olunur. Bildirdilər ki, onlar heç kimin evini məcburən sökmürlər. Sökülən yalnız dövlət tərəfindən alınan evlərdir ki, ancaq onların kommunal xətləri kəsilir.
Yuxarıda da qeyd etdiyimiz kimi, Akademik Milli Dram Teatrının sol tərəfindən “Sovetski”nin içərisinə doğru yolun çəkilməsi planlaşdırılır. Bunun üçün isə həmin ərazidə yerləşən “Grand Hotel”in bir hissəsini sökürlər. 
Musavat.com-a daxil olan məlumata görə, bu hotel yüksək çinli məmura aiddir. Hotelin sökülən hissəsinin hər kvadratmetri üçün 5 min manat kompensasiya ödənilib. 
“Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli musavat.com-a təsdiqlədi ki, “Grand Hotel”in söküldüyü ərazidə yol salınacaq: “Bu işlər “Sovetski” deyilən ərazinin küçələrinin yenidən qurulması və təmiri çərçivəsində aparılır”.
 
A.Nəcəfli bildirdi ki, söküntü işləri və kompensasiya barəsində Yasamal rayon İcra Hakimiyyəti məlumatlıdır.
Yasamal Rayon İcra hakimiyyətindən isə musavat.com-a bildirdilər ki, bu məsələlərə İcra Hakimiyyətinin rayon təsərrüfatı şöbəsi baxır. Şöbənin bütün əməkdaşları isə hazırda “Sovetski” ərazisindədirlər. 
Eyni zamanda bildirdilər ki, kommunal xətlərdə problemlər olduğu zaman bu, aradan qaldırılır. İcra Hakimiyyətinin nümayəndəsi onu da qeyd etdi ki, ərazidə sökülən bütün tikililərin hər kvadratmetrinə görə 1500 manat konpensasiya ödənilir. Bundan artıq vəsaitin ödənməsindən isə söhbət gedə bilməz.
Musavat.com





















шаблоны для dle 11.2

Xəbər lenti
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024