Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət / Slayd (10-05-2016, 18:13)
Cahangir Hacıyevin bacısından sual dolu müraciət

cahangir_haciyev-bankƏminə Hacıyeva: “Qardaşım nə üçün bir qrup insanın fitnəsi ucbatından həbsdə yatmalıdır?

Maliyyə Nazirliyinin təşəbbüsü ilə bütün bu işgüzar və dövlətə mənfəət gətirən müəssisələrin fəaliyyəti dayandırılıb”

Azərbaycan Beynəlxalq Bankının (ABB) keçmiş sədri, hazırda həbsdə olan Cahangir Hacıyevin bacısı Əminə Hacıyeva “Azadlıq” qəzetinə müraciət göndərib. Müraciətdə o, qardaşının günahsız yerə həbsdə saxlanmasından bəhs edir və ölkə başçısının nəhayət, həqiqəti araşdırıb ədalətli qərar verəcəyinə inamını bildirir. Müraciətdə deyilir:

Qardaşım Cahangir Hacıyev nəyə görə həbs olunub?

Qondarma “oliqarxların” istintaq işi sona çatmaq üzrədir. Maliyyə Nazirliyinin qabaqcadan düşünülmüş çoxsaylı auditor yoxlamaları pul vəsaitləri ilə əlaqəsi olan faktlar aşkar edə bilmədi. FHN-nin son yoxlamaları da müsbət nətcələr verdi. ABB-dan götürülən kreditlər təyinatı üzrə istifadə olunub. Heç kim heç nə oğurlamayıb. Bəs nə üçün bu müəssisələrin direktorları bütün ili həbsdə yatmalıdırlar?

Maliyyə Nazirliyinin təşəbbüsü ilə bütün bu işgüzar və dövlətə mənfəət gətirən müəssisələrin fəaliyyəti dayandırılıb. İş yerləri tam bağlanıb. Nəinki direktor, eləcə də orada işləyən işçilər də zərər çəkib. Bunu bir təxribat kimi qələmə vermək olar. Belə bir sual ortaya çıxır – Maliyyə Nazirliyi nə məqsəd güdürdü?

İndi isə kreditlərin verilməsi barədə Cahangirə qarşı irəli sürülən ittihama keçək. Heç kim üçün sirr deyil ki, çoxsaylı kreditlərin verilməsi bir adamın işi deyil. Verilən kreditlər uzun bir yol keçir: kredit komitəsi, Mərkəzi Bank və sonda Maliyyə Nazirliyinin Müşahidə Şurası. Axı Cahangir bu idarələrin yanından ötməklə necə özbaşına kredit verə bilərdi? Maliyyə Nazirliyi hara baxırdı?

Əgər kreditlərin verilməsi cinayətdirsə, onda buna görə yalnız bir adamı günahlandırmaq ədalətlidirmi?

Istənilən savadlı insan bilir ki, bankların əsas fəaliyyəti kredit verməkdən ibarətdir. Bu halda həm də kreditlər problemli hesab olunmurdular. Onda bəs Cahangirin günahı nədədir?

Axı bütün bu zavod və müəssisələr Azərbaycan torpağında qalacaq. Bundan başqa mən həm də bilmək istərdim ki, mənim xaricə çıxışıma icazə verməmək əmrini kim verib? Nə üçün mən Azərbaycan hüdudlarından kənara çıxa bilmirəm? Yalnız buna görə ki, Cahangir Hacıyevin bacısıyam? Nə üçün mənə anamızın vəfatından sonra üzərinə həbs qoyulan əmlak üzrə vərəsəlik hüququmdan istifadə imkanı verilmir? Ailəmizin heç bir sənədini təsdiq etməmək kimi məxfi əmri Asan Xidmətə kim verib?

Hansı haqla ABB 2015-ci ilin iyul ayında ailəmizə məxsus səhmlərin alqı-satqısı üzrə sövdələşməni həyata keçirərək, bizə bir qəpik də verməmiş və Cahangirin kartoçkasını ödəməmişdir? Belə çıxır ki, bankın rəhbərliyi bizim vəsaitləri qanunsuz şəkildə mənimsəyib.

 

Bütün bunlara kim cavabdehlik daşımalıdır? Nə üçün bir çox ölkələrdə savadlı maliyyəçi və bankir kimi tanınan və öz ölkəsi qarşısında böyük xidmətləri olan Cahangir, bir qrup insanın fitnəsi ucbatından həbsdə yatmalıdır? Axı o azadlıqda olsaydı dövlətimizə daha çox xeyir verə bilərdi. Əminəm ki, hörmətli prezidentimiz bütün bunları araşdıracaq və ədalətli qərar çıxaracaq.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024