Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət / Slayd (28-03-2016, 11:31)
Təhsil şöbəsi rüşvəti belə yığır

Bəzi rayonların təhsil şöbələrinə rəhbərlik edən şəxslər Mikayıl Cabbarovun islahatlarına məhəl qoymayaraq öz bildikləri kimi işləyirlər.

Mediatv.az xəbər verir ki, həmin şəxslərdən biri də Göyçay Rayon Təhsil Şöbəsinin (RTŞ) müdiri Rəşad Məmmədovdur. 

Qeyd edək ki, Rəşad Məmmədovdan öncə Göyçay Təhsil şöbəsinin müdiri vəzifəsini Asif Nəbiyev həyata keçirirdi. Lakin Asif Nəbiyev rayonun təhsil şöbəsinə rəhbərlik etdiyi müddətdə işində ciddi nöqsanlara, qanun pozuntularına yol verirdi və onunla bağlı təhsil nazirliyinə davamlı şikayətlər daxil olurdu. Rayon təhsilini əməlli başlı korrupsiya yuvasına çevirən Asif Nəbiyevi 11 ay bundan qabaq Təhsil naziri Mikayıl Cabbarov vəzifəsindən qovdu.

Bir neçə həftə boş qalan Göyçay Təhsil şöbəsi vəzifəsinə isə, Göyçay şəhər icra nümayəndəsi olan Rəşad Məmmədov təyinat aldı. Rəşad Məmmədov vaxtı ilə təhsil şöbəsinin nəzdindəki internet məktəbinin direktoru işləsə də, sonralar rayondakı korrupsiya bulağından daha çox pul əldə etmək eşqi ilə icra strukturuna "perevod" olub.

Göyçaydakı mənbəmiz bildirir ki, Rəşad Məmmədov harda işləməsinə baxmayraaq, işlədiyi bütün yerlərə qazanc obyekti kimi baxıb. Korrupsiya fəaliyyətinə görə vəzifədən alınan Asif Nəbiyevin yerinə daha böyük korrupsionerin gətirilməsi isə rayonda heç də bir mənalı qarşılanmayıb. Yerli sakinlər Mikayıl Cabbarovun bu seçiminə özlərinin açıq təəssüflərini gizlətməyiblər və hal-hazırda onların nə qədər zaqqlı olduqları ortaya çıxıb.

 

Çünki doğurdan da rayonda "Yəhuda" olaraq tanınan Rəşid Məmmədovun Göyçay təhsilinə rəhbərlik etməsi doğurdan yarli camaat tərəfindən təhsilə olan həqarət kimi qiymətləndirirlər. Bu şəxsin Göyçay təhsilinin inkişafına hansısa töhvələrin verməsini heç kim gözləməsə də, hər kəs Göyçay təhsilinə ayrılan dövlət vəsaitlərinin necə talan olunacağını təsəvvür edir və bunu açıqca dilə gətirirdilər. 

Qeyd edək ki, yerli sakinlərin bu ehtimalları qısa zaman içində özünü doğrultdu. Bu barədə isə bir qədər sonra. Əvvəlcə Rəşad Məmmədovun keçmişinə bir nəzər salaq. 

Rəşad Məmmədov uzun müddət müxalifətdə Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Göyçay rayon şöbəsinin sədr müavini vəzifəsini daşıyıb. Hətta 2005- ci il Göyçay Dairə Seçki Komisiyasının üzvü olub və seçkilərdə protokala imza atdığına görə icra hakimiyyəti tərəfindən "mükafatlandırılaraq" internat məktəbinin direktoru vəzifəsinə təyin edilib. İnternatın direktoru işlədiyi dövrdə isə tədris ocağının torpaq sahələrini müxtəlif adamlara satıb. Hətta internata ayrılan ərzaq məhsullarının böyük hissəsini mənimsəyib. İnternatın umuduna yaşayan uşaqları isə quru çörəklə və isti su ilə yedizdirib.

Göyçaydakı mənbə bildirir ki, bununla bağlı məktəbin müəllimləri Rəşad Məmmədova irad tutduğunda, əvvələr "xalqın rifahı və səadəti üçün savaşdığını" iddia edən Göyçayın ünlü müxalifətçisi Rəşad Məmmədov Spartalıları misal gətirir və quru yerdə yatıb quru çörəklə qidalanan uşaqların gələcəkdə iradəli və dözümlü insanlar olacağını söyləyərmiş. İnternat məktəbinə yeni avadanlıq və inventarların alınması üçün ayrılan pulları nəqdləşdirib cibinə qoyan Rəşad Məmmədov həmçinin uşaqların sovet dönəmindən qalma yataqlarda yatmağa məcbur edərmiş. Bu da ona görə uşaqların gələcəkdə çox dözümlü və iradəli olmasına səbəb olacaqmış. İnternat məktəbin tədris bazasından isə danışmağa dəyməzmiş. 

İnternat məktəbində işlədiyi müddətdə kifayət qədər varlanan Rəşad Məmmədov Göyçay şəhər icra nümayəndəsi vəzifəsinə təiynat almağa nail olub. Burdan isə təqribən 11 ay əvvəl Göyçay rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinə "transfer" ola bilib. Rayondakı söyləntilərə görə Rəşad Məmmədov özünün bu uğurlu "transferinə" görə 100 000, (yüz min), manat ödəyib. Yəni varlığa nə darlıq. Rəşad Məmmədov bu pulları qazanmaq üçün kimsəsiz uşaqların "dözümlü və iradəli" olmasını da təmin etdiyinə görə, ona hansısa irad tutmaq da yerinə düşməz.

Qeyd edək ki, Göyçay rayon Təhsil şöbəsinin nəzdində 57 ümumtəhsil məktəbi var və bu tədris ocaqlarında 2383 nəfər müəllim kollektivi çalışır. Mməlumata görə Göyçayda korrupsiya üzrə "mütəxəsislərdən" biri olan Rəşad Məmmədov vəzifəyə təyinat aldıqdan sonra dövlət büdcəsinin talanına həmən start verib. Bu gün Göyçayda hər kəs yaxşı bilir ki, şöbə müdirinin əsas qazanclarından biri keçmiş sələfinin dövründə olduğu kimi bir çox müəllimlərə yazılmış artıq dərs saatlarıdır. Şöbə müdiri təkcə hər ay artıq dərs saatından 10-15 min manat qazanc götürdüyü deyilir. 

Rayon sakinləri qeyd edirlər ki, Rəşad Məmmədov ona fitri istedad kimi verilən parlaq korrupsioner istedadını Göyçay rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində ən yüksək səviyyədə nümayiş etdirir. Təyinatından 1 ay sonra hər bir məktəb direktorundan 1000-2000 manat arası pul yığan şöbə müdiri bu vəsaitin bir hissəsini rayonun abadlaşdırılması üçün istifadə edəcəyini deyib. Ancaq Göyçayda hər kəsə yaxşı məlumdur ki, direktorlardan yığılan 100 min manata yaxın vəsaitin çox hissəsi Rəşad Məmmədovun cibinə gedib. Yəni şöbə müdiri "transferi" üçün verdiyi pulun böyük qismini elə ilk ayda çıxarıb. 

Xatırladaq ki, Göyçay rayon Təhsil Şöbəsinin müdiri tez-tez özünün "dejurni" mətbu orqanlarına silsiləli açıqlamalar verərək rayon təhsilində ciddi işlər görüldüyünü vurğulayır. Ancaq rayon sakinləri bildirirlər ki, Rəşad Məmmədovun Göyçay rayonundakı "təhsil inqilabından" onun özündən başqa heç kəsin xəbəri yoxdur. Təhsil isə bütün rayonda başlı-başına buraxılıb. Məktəb direktorları Rəşad Məmmədova verdikləri pulu çıxarmaq üçün təbii ki, təhsili məhv etməlidirlər və onlarda bunu edirlər. Təhsilin səviyyəsi isə Rəşad Məmmədovu qətiyyən maraqlandırmır. 

Yerli sakinlər bildirir ki, Asif Nəbiyevin dövründə olduğu kimi yenə də məktəblərdə dərs saatları, qayda qanunları, rüşvət, korrupsiya, problemlər, şagirdlərin incidilməsi, müəllimlərin dərs davamiyyətsizliyi və sair problemlər öz yerində qalmaqda davam edir. Daha doğrusu bu problemlər daha da qloballaşıb. Buna baxmayraq Rəşad Məmmədov rayon icra hakimiyyətində keçirilən iclaslarda təhsildəki yeniliklərdən, problemlərin həllindən ağız dolusu danışır. 

Sakinlər qeyd edirlər ki, Rəşad Məmmədov Göyçay təhsilindəki "inqilabı" ilə bağlı Təhsil naziri Mİkayıl Cabbarova, prezident aparatına müraciət ediblər. Təhsil Nazirliyndən cavab almadıqları halda isə ölkə prezidentinə müracəiət ünvanlaycaqlar. Çünki onların uşaqlarının gələcəyi məhz Rəşad Məmmədov pul qazansın deyə, özünə gözəl həyat şəraiti qursun deyə, məhv olur. Üstəlik dövlət büdcəsi də tarmar edilir.

Təhsil Nazirliynə şikayət məktubu ünvanlayan validenylər Göyçay rayon Təhsil Şöbəsinin fəaliyyətin dərindən yoxlamaq üçün mütəxxəsislərdən ibarət yoxlama qrupu göndəriılməsini tələb ediblər. Bu halda Rəşad Məmmədovun həyata keçirtdiyi "təhsil inqilabının" dəhşətli nəticələri ortaya çıxacaq. 

Valideynlər bildirir ki, bu gün Göyçay kəndlərində elə məktəblər var ki, idman, coğrafiya, riyaziyyat, tarix fənlərini bu sahələrdən tamamilə xəbərsiz adamlar tədris edirlər. Amma Rəşad Məmmədov Təhsil Nazirliyinə vakant yerlər barədə sorğu göndərmir ki, ixtisasli müəllimlər göndərilsin. Son 6 ayda rayon təhsil məktəblərinə 30 dan çox işçi qəbul edilib ki, onların hər birindən Rəşad Məmmədov 1500-2500 manat arası rüşvət aldığı deyilir. 

Qeyd edək ki, Göyçay Təhsil şöbəsi müdirinin maliyyə maxinasiyaları ilə bağlı araşdırmamız davam edir və Rəşad Məmmədovun maliyyə maxinasiyaları ilə bağlı yaxın günlərdə oxucularımıza daha ətraflı məlumatlar verəcəyik. Bizi izləməkdə davam edin.

Qarşı tərəfin mövqeyini verməyə hazırıq

AzFakt.com 

шаблоны для dle 11.2

Xəbər lenti
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024