Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (17-06-2015, 16:21)
Pənah Hüseyn: “Dəmirəlin Azərbaycan üzərində haqqı var”

 

“Süleyman Dəmirəl dünyanın ən yeni tarixinin ciddi siyasət adamlarında biri idi. O, Azərbaycanın müstəqilliyinin bərpası və ondan sonrakı proseslərdə iz qoymuş şəxslərdəndir”.
Mediatv.az xəbər verir ki, bu sözləri iyunun 17-də vəfat edən Türkiyənin eks-prezidenti Süleyman Dəmirəllə görüşmüş azsaylı Azərbaycan siyasətçilərdən olan keçmiş baş nazir,   AXP sədri Pənah Hüseyn deyir.
“Süleyman Dəmirəllə ilk dəfə 1991-ci ildə, Ankarada görüşmüşük.  Biz Ankaraya Azərbaycan müxalifət hərəkatının liderləri olaraq getmişdik. Azərbaycanda, bölgədə gedən prosesləri müzakirə etdik, Türkiyə siyasətçilərinin konkret məsələlərə baxışını öyrəndik. Daha sonra 1992-ci ilin mayında Süleyman Dəmirəl Bakıya gəldi və bizim ikinci görüşümüz Azərbaycan Xalq Cəbhəsinin qərargahında baş tutdu. O zaman artıq Dəmirəl Türkiyə hökumətinin rəhbəri idi”. 
Süleyman Dəmirəlin Pənah Hüseynin baş nazir olduğu Elçibəy iqtidarına simpatiyasının olmamasının həmin iqtidarın çökməsində  xüsusi rolu haqqında iddialar var. Bu barədə Dönəmin baş naziri deyir ki, ortada bu məsələ ilə bağlı fərqli mövqelər də var: “ Dəmirəl simpatiyalar əsasında siyasət yürüdən dövlət adamlarından deyildi. O, təpədən dırnağa realpolitik idi. Elçibəy komandasının həm hakimiyyətə gəlməsində, həm də hakimiyyətdən getməsində Süleyman Dəmirəlin rolu olduğundan danışırlar. Reallıq isə odur ki, Elçibəy iqtidarını hakimiyyətə xalq gətirib və xalq hakimiyyəti silahlı qiyamla devrilib. Bütün böyük siyasətçilər kimi Dəmirəl nə Türkiyə tarixində, nə də Türkiyə-Azərbaycan münasibətlərində portreti birmənalı çəkiləcək dövlət adamı deyil. Hər halda, Dəmirəl Azərbaycan üzərində haqqı olan şəxslərdəndir. Allah rəhmət eləsin. Yaxınlarına və silahdaşlarına baş sağlığı diləyirəm”.
Musavat.com
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024