Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (9-06-2015, 19:15)
Paytaxtda 100-dək “IDEA velosiped dayanacağı“ quraşdırılacaq

 

IDEA (Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq) İctimai Birliyi Bakı şəhərində velosipeddən istifadəni təşviq etmək məqsədilə "IDEA velosiped dayanacağı" (IDEA Bycile Stand) layihəsini davam etdirir

 

Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF) və "GreenCar" elektrik nəqliyyat vasitələrinin satış mərkəzi ilə birlikdə həyata keçirilən bu layihə üzrə ilk belə dayanacaq mayın 26-da "Port Baku" kompleksində yerləşən "The Club" idman mərkəzinin qarşısında quraşdırılıb.
IDEA-dan Trend-ə bildiriblər ki, növbəti bu cür dayanacaqların Heydər Əliyev Mərkəzi və Dövlət Bayrağı Meydanı ərazisində quraşdırılması nəzərdə tutulub.
Gələcəkdə paytaxda 100-dək "IDEA velosiped dayanacağı"nın quraşdırılması nəzərdə tutulub.
Dayanacaqların quraşdırılması şəhərimizdə ekoloji təmiz nəqliyyat növü hesab edilən velosipedi təşviq etmək məqsədi daşıyır. Belə ki, Bakı şəhərində xüsusi velosiped dayanacaqlarının quraşdırılması əhali arasında bu nəqliyyat növünün seçilməsi üçün əlavə stimul yaradacaq. Velosiped istifadəçiləri müxtəlif ünvanlarda quraşdırılan maraqlı dizaynlı bu dayanacaqlarda öz velosipedlərini rahat park etmək imkanı əldə edəcəklər.
IDEA İctimai Birliyi, Azərbaycan Velosiped İdmanı Federasiyası və "GreenCar" maraqlı tərəfləri ətraf mühitin mühafizəsi naminə "yaşıl nəqliyyat" kampaniyasında iştirak etməyə dəvət edir.
Qeyd edək ki, IDEA velosiped dayanacaqlarını (012) 497-6316 nömrəli telefon vasitəsilə IDEA İctimai Birliyi ilə əlaqə saxlayaraq sifariş etmək mümkündür.
шаблоны для dle 11.2

Xəbər lenti
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024