Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət / Karusel (16-03-2014, 19:45)
Oqtay Şirəliyev məmurlarının xaricdə müalicəyə üstünlük verməsindən danışdı

Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev ölkənin yüksək vəzifəli məmurlarının, deputatların xarici ölkələrin klinikalarında müalicəyə üstünlük verməsinə münasibət bildirib.
Trend-in məlumatına görə, O.Şirəliyev Səhiyyə Nazirliyinin rəsmi mətbuat orqanı olan "Tibb" qəzetinə müsahibəsində deyib ki, belə hallar heç də həmişə baş vermir. Sadalanan qəbildən olan vətəndaşlar və onların ailə üzvlərinin çoxu yerli klinikalarda müalicə olunur: "Amma, əlbəttə, elə də olur ki, cəmiyyətdə tanınan şəxs sağlamlıq durumu barədə məlumatların yayılmasını istəmədiyinə görə, yaxud hansısa digər səbəblərdən müalicə üçün xaricə gedir. Təəssüf ki, tək-tük həkim uğursuzluqları bəzən bütün ölkə səhiyyəsinə şamil edilir, şişirdilir və bütün yerli həkimlərə inamsızlıq yaradılır. Azərbaycan həkimlərinin həyata keçirdikləri çox mürəkkəb ürək əməliyyatları, böyrək köçürmə və sair üzrə çətin cərrahi müdaxilələr isə bu fonda tamamilə nəzərdən yayınır. Halbuki onlar çox yüksək dərəcədə peşəkarlıq, müasir bilik və bacarıqlar, mürəkkəb və yüksək texnoloji avadanlıqda işləmək təcrübəsi tələb edir. İnanın ki, Azərbaycanın özünün peşəkar tibb işçisi kifayət qədərdir. Kimisə tərifləmək üçün başqasını tənqid etmək gərək deyil. Əlbəttə, heç kimin xarici təbabətin nailiyyətlərini qiymətdən salmaq fikri yoxdur. Sadəcə, bu zaman yerli həkimləri ucdantutma qaralamaq da lazım deyil".
O.Şirəliyev qeyd edib ki, ildə orta hesabla xaricə müalicəyə gedən həmvətənlərimizin sayı iki mindən çox deyil. Halbuki həmin müddətdə 800 minə yaxın vətəndaşımız yerli xəstəxanalarda müalicə olunur. Onları sağaldan da xaricilər deyil, Azərbaycan həkimləri olur.
Nazir bildirib ki, çox vaxt insanlar xaricdə istirahət edərkən, yaxud sadəcə iş üçün harasa gedərkən fürsətdən istifadə edib həmin ölkədə "check up" adlandırılan ekspres-diaqnostikadan keçirlər. O.Şirəliyevin fikrincə, bunda qınamalı heç nə yoxdur. Əksinə, bu öz sağlamlığının qayğısına düzgün qalmağın göstəricisidir.

 

шаблоны для dle 11.2

Xəbər lenti
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024