Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (15-03-2014, 16:11)
Mikayıl Cabbarov danışdı: "Yenilik olacaq"

 

“Yeni tədris ilindən Azərbaycanın ali təhsil sistemində bəzi yeniliklər tətbiq olunacaq”

“Ali məktəblərin bəzi ixtisaslarında təhsil alan tələbələrə xüsusi təqaüdlər veriləcək”

“Yeni tədris ilindən başlayaraq Təhsil Nazirliyi Azərbaycanın ali təhsil sistemində bəzi yeniliklərə imza atacaq. Belə ki, cəmiyyətdə “qeyri-prestij”li kimi qəbul olunan peşələrə yüksək ballı tələbələrin cəlb edilməsi üçün xüsusi stimullaşdırma proqramları həyata keçiriləcək”.

Bu barədə APA-ya açıqlamasında təhsil naziri Mikayıl Cabbarov məlumat verib. O bildirib ki, nazirlik olaraq bu gün müəllimlik peşəsinə gələn insanların bilik səviyyəsi onları qane etmir. Nazirin sözlərinə görə, ölkədə müəllim olmaq istəyənlər abituriyentlərin ən yüksək nəticə göstərən 10-15%-dən deyil, daha aşağı nəticə göstərənlər arasından seçilir: “600-dən yuxarı balla pedaqoji ali təhsil müəssisələrinə gələn tələbələrin sayı çox azdır. 

Ona görə də birinci müəllim peşəsinə məhz belə istedadların və gənclərin cəlb edilməsi üçün konkret addımlar atmalıyıq. Növbəti tədris ilindən yüksək balla müəllim peşələrini seçən, şüurlu şəkildə müəllim peşəsinə gələn və öz həyatını gələcəkdə təhsil sistemi ilə bağlamaq, gələcək vətəndaşların formalaşmasına töhfə vermək istəyən istedadlı gənclərə xüsusi müavinətlər, imtiyazlar, daha yüksək təqaüdlərin ödənilməsi sistemi tətbiq ediləcək. 

Bu təcrübə yalnız müəllim peşəsini əhatə etməyəcək, həmçinin dövlətin tələbləri üçün zəruri, insan kapitalının formalaşması üçün çox əhəmiyyətli olan, lakin bu və yaxud digər səbəbə görə bu gün yüksək ballı abituriyentlər arasında prestijli hesab olunmayan bir sıra digər sahələrə də tətbiq ediləcək. Misal olaraq, bunlara aqrar sahə, mühəndislik, dəqiq elmlər və bu kimi cəmiyyətdə “qeyri-prestij”li kimi qəbul olunan peşələr daxildir. Növbəti akademik ildən başlayaraq yeniliklər tətbiq olunması nəzərdə tutlur”.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024