Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət / Karusel (14-03-2014, 22:50)
“Körpü-Bina-Tikinti” rəhbərinin adı hərbidə gedən oğlu Bakıda avtoşluq edir

“Körpü-Bina-Tikinti” rəhbərinin adı hərbidə gedən oğlu Bakıda avtoşluq edir

 

«Körpü-Bina-Tikinti» MMC-nin rəhbəri Xəlil Göyüşov adı hərbi xidmətdə gedən, özü isə Bakı küçələrində dolaşan oğlu Ramiz Göyüşovun avtoşluq etdiyi deyilir. DTV.az-ın məlumatına görə, Azərbaycanda həyata keçirilən bir sıra iri layihələrin əsas podratçısı qismində çıxış edən şirkətlərdən birində olduqca ilginc vəziyyət yaşanır. Araşdırmalarına görə, hal hazırda Bakıda inşa edilən körpü və tunellərdə tikinti işlərini həyata keçirən şirkət «Körpü-Bina-Tikinti» MMC-dir. Məlumatda vurğulanır ki, X. Göyüşovun rəhbəri olduğu bu şirkət həmçinin digər böyük layihələrə də qatılıb. Amma görülən işlərin keyfiyyəti ilə yanaşı, ortada böyük məbləğlərdə pulların yeyildiyinə dair də iddialar var. Qeyd edək ki, sözügedən MMC 2001-ci ildə təsis edilib və nəzdində Asfalt Zavodu, Balka sexi, Beton zavod, Çınqıl karxanası, Beton boru zavodu, Körpü istehsalat zavodu və Beton qovşaqları adlı istehsalat müəssisələri fəaliyyət göstərir. Məlumatlarda vurğulanır ki, X. Göyüşovun rəhbəri olduğu MMC ölkənin ən varlıları sırasında sayıla bilər. Hər il milyonlarla manat vəsait xərclədiyi deyilsə də, görülən işlərə görə rəqəmlərin şişirdilməsi də istisna deyil. Belə ki, Bakıda inşa edilən tunel və ya körpülərin xərc hissəsinə diqqət yetirdikdə bu MMC-nin rəqəmləri hansı səviyyədə şişirdiyi açıq şəkildə görülür. Məsələn, ümumi dəyəri 10 milyon manat olan hansısa körpü üçün 20 milyon manatlıq bir smetanın hazırlanması və həmin məbləğdə pulun büdcədən alınması yetərli qədər şübhə üçün əsaslar verir. İri tenderlərin əsas «qənimi» kimi ad çıxarmış X. Göyüşovun bu işləri necə həyata keçirdiyi də kifayət qədər maraqlıdır. Xəbər verir ki, «KTB» MMC-nin rəhbəri yuxarılarla bağlı olan biri kimi tanınmaqla yanaşı, həm də konkret nazirlərdən biri ilə şərikli şəkildə işləyən şəxs kimi ad çıxarıb. Elə bu səbəbdəndir ki, onun bütün nəqliyyat sektoruna aid layihələri asanlıqla ələ keçirməsi mümkünləşir. Varlı həyat tərzi sürmək, böyük məbləğdə pulları qazanmaqda ad çıxarmış Göyüşovun ən böyük problemi isə oğlu sayılır. Məlumatlara görə, hazırda adı hərbi xidmətdə gedən, lakin özü isə Bakının küçələrində bahalı maşınlar sürən Ramiz Göyüşovun ən ucuz maşının qiyməti 150 min manat hesab edilir. Məlumatlarda deyilir ki, oğul Göyüşovun dəfələrlə şəhərin küçələrində yol hərəkəti qaydalarını pozduğu və dəfələrlə qəza vəziyyətləri yaratmasına rəğmən, kimsə ona güldən ağır söz demək hüququna sahib deyil. Üstəlik, hərbi xidmətdə olduğu bir vaxtda, onun paytaxt küçələrində bu şəkildə hərəkət etməsi də maraqlıdır. Təbii ki, Ramiz Göyüşov atası Xəlil Göyüşovun maliyyə imkanları hesabına bu şansı əldə edib. Və deyilənlərə görə, KTB MMC-nin rəhbərinin oğlunun hərbi xidmətdən bu şəkildə yayınması verilən aylıqlar hesabına mümkün olub. Məlumatlarda o da vurğulanır ki, artıq ordudan təxsis olunmaq üzrə olan Ramiz Göyüşovun yaxın günlərdə hərbi hissəyə gedərək, hərbi biletini almağa hazırlaşdığı deyilir. Bundan sonra isə onu yəqin ki, hansısa bir vəzifə və ya şirkətə rəhbərlik gözləyir. Xəlil Göyüşovun KTB MMC vasitəsi ilə hər il nə qədər vəsait əldə etdiyi və bu şirkətin həyata keçirdiyi iri layihələrlə bağlı yeni bilgiləri yaxın günlərdə təqdim edəcəyik.

шаблоны для dle 11.2

Xəbər lenti
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024