Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (11-03-2014, 21:01)
Əhməd Vəliyevin universiteti də «qara siyahı»ya düşdü

 

Əhməd Vəliyevin universiteti də «qara siyahı»ya düşdü - Nazir OYU-nu gizli şəkildə araşdırtdırıb - QƏRAR
Tarix: Bu gün, 15:42 | Çap et
 
DİA.AZ: - Başında deputat Əhməd Vəliyevin dayandığı «Odlar Yurdu» Universitetinə növbəti tədbirs ili üçün tələbə qəbulu dayandırıla bilər. Bu barədə DİA.AZ-a məlumat verən təhsil nazirliyindəki mötəbər mənbə iddia edir ki, deputatın rektoru olduğu OYU ilə bağlı ayrı-ayrı dövlət qurumlarına edilən vətəndaş şikayətləri nazir Mikayıl Cabbarov tərəfindən ciddiyə alınaraq, araşdırılıb.

Mənbə iddia edir ki, OYU-nun son altı aydakı fəaliyyəti ilə bağlı nazirlik tərəfindən monitorinq həyata keçirilib və özü də Əhməd Vəliyevdən və OYU rəhbərliyindən xəbərsiz: «Maraqlıdır ki, bu barədə işlər xəbərsiz həyata keçirilib və aparılan monitorinqin nəticələri universitet rəhbərliyinin əleyhinə olub».

Mənbə bildirir ki, artıq OYU-nun son altı aylıq fəaliyyətini əks etdirən və bir neçə mənbəyə söykənən konkret dəlillər təhlil edilib: «Yekun hesabat isə birbaşa olaraq dövlət başçısına təqdim olunub. Hər halda, bununla da məlum qərar verilib».

Mənbə bildirir ki, artıq Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının siyahısından OYU-nun adı çıxarılıb: «Bu ali təhsil ocağına növbəti dərs ili üçün qəbul keçirilməyəcək. Bu isə tədrici olaraq OYU-nun bağlanmasına hesablanmış bir addım kimi qəbul edilməlidir».
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
20 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024