Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (18-03-2015, 15:25)
Nərimanov rayonunda Novruz şənliyi təşkil edilib

Bu gün Nərimanov rayonu K.Rəhimov 3A ünvanında yerləşən parkda Novruz bayramı münasibəti ilə minlərlə sakinin qatıldığı bayram mərasimi keçirilib

 

Mərasimdə, eyni zamanda rayonda yerləşən təhsil müəssisələrinin şagirdlərinin əl işlərindən ibarət sərginin nümayişi olub. Sərgidə qədim el adət-ənənələrimiz və Novruz rəmzləri olan səməni, müxtəlif şirniyyat nümunələri ilə bəzədilmiş bayram xonçaları və milli mətbəximizin ləziz təamları göz oxşayıb. Bayramın əsas personajları olan Kosa və Keçəlin çıxışı tədbirə zövq qatıb. İncəsənət ustalarının baharı, ölkəmizi tərənnüm edən mahnıları ətrafa yayılaraq bayram şənliyinin iştirakçılarında xoş ovqat yaradıb.
Tədbirdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin tarixi abidələrimiz, milli-mənəvi dəyərlərimiz və qədim adət-ənənələrimizin qorunmasına daim diqqət və qayğı ilə yanaşdığı, eyni zamanda Ulu Öndərin bu istiqamətdə yürütdüyü siyasətin bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyi qeyd edilib.  
Daha sonra alovlandırılan möhtəşəm Novruz tonqalının hərarəti maraqlı anlar yaşadıb.
Qeyd edək ki, bayram tədbirinin keçirildiyi parkın açılışı ötən ilin dekabr ayında dövlətimizin başçısının iştirakı ilə baş tutmuşdur.

 



шаблоны для dle 11.2

Xəbər lenti
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
27 03 2024
27 03 2024