Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (10-03-2014, 15:11)
Kooperasiya Universitetinin bağlanması gündəmə gətirilib

Təhsilin səviyyəsi aşağı olduğuna və saxta diplom işlərində universitetin adı hallandığına görə Azərbaycan Kooperasiya Universitetinə tələbə qəbulu durdurula bilər; rektor Eldar Quliyev universitetdə ilginc limit tətbiq edib; hər müəllimə 1, dekanlara 5, prorektorlara isə 8 tələbənin tapşırılmasına izn verilib; universitetdə «qayıb» pulu isə 5 manat tətbiq olunub…

 

 
Azərbaycan Kooperasiya Universitetini ABU-nun taleyi gözləyir. Bu barədə PİA.AZ-a daxil olan məlumatda bildirilir.
Son zamanlar Azərbaycanda saxta diplom verilməsi məsələlərinin həddindən artıq aktuallaşması və təhsil naziri Mikayıl Cabbarovun bu məsələdə göstərdiyi prinsipiallıq bir çox özəl və dövlət universitetlərinin rəhbərləri üçün ciddi problemə çevrilib. Azərbaycan Müəllimlər İnstitutunda baş verən qalmaqqallar, bu təhsil ocağının bir neçə filialının bağlanması haqqında qərarın verilməsi və Azərbaycan İqtisad Universitetinin rektoru, deputat Şəmsəddin Hacıyevin vəzifədən alınması saxta diplom məsələsinin hələ də Azərbaycan təhsilinin qanayan yarası olduğunun götəricisidir.
PİA.AZ-a daxil olan məlumata əsasən Azərbaycan Kooperasiya Universiteti də Təfəkkür Universiteti ilə birlikdə saxta diplomların satılması məsələsində adı ciddi şəkildə hallanır. Belə ki, hər iki universitetdə son illərdə yüzlərlə insana saxta diplom satıldığı iddia olunur. Elə bu üzdən də Azərbaycan Kooperasiya Universitetinin bağlanması artıq gündəmə gətirilib. Çünki bu universitetin faəliyyəti Təhsil Nazirliyi üçün ciddi problemə çevrilir. Belə ki, son zamanlar aşkarlanan saxta diplomların böyük əksəriyyətinin bu universitetdən verildiyinın üzə çıxdığı bildirilir.
PİA.AZ-a daxil olan məlumatda həmçinin bildirilir ki, korrupsiya yuvasına çevrilən univerisitetdə davamiyyət çox aşağıdır. Belə ki, tələbələrdən buraxdıqları hər dərsə görə 5 manat alınır. Bəzən bu qiymət 10 manata da çıxarılır. Elə bu üzdəndə yaradılan «açıq bazardan» istifadə edən tələbələr dekanlarla anlaşaraq dərslərə gəlmir və «qayıb» pulunu ödəməklə «təhsillərini» davam etdirirlər.
Daxil olan məlumatda həmçinin göstərilir ki, semester imtahanlarının qiymətləri «qayıb» puluna aid edilmir. Hər bir tələbə imtahanlardan keçmək üçün hər semesterdə minimum 500 manat ödəmək zorundadırlar. Əks təqdirdə tələbələrin kurs atlamaları problemə çevrilir. Bu üzdən də bütün hallarda pul verib qiymət alacaqlarını yaxşı bilən tələbələrin oxumağa maraqları olmur. Eyni vəziyyət müəllimlər arasında da hökm sürür. Müəllimlər arasında tədrisə maraq da bu səbəbdən yoxdur və mənbəninin iddasına əsasən Azərbaycan Kooperasiya Universitetində bu gün tədrisin səviyyəsi ölkə miqyasında ən aşağı səviyyədədir.
Qeyd edək ki, bir neçə il bundan əvvəl Azərbaycan Kooperasiya Universitetinə qəbul Nazirlər Kabineti tərəfindən dayandırılmışdı. Nazirlər Kabineti qəbulu durdurmasını universitetdə təhsilin səviyyəsinin həddindən aşağı olması ilə əlaqələndirmişdi. Sonradan öz əlaqələrini işə salan rektor Eldar Quliyev universitetə tələbə qəbulunu bərpa edə bilmişdi. Məlumatlı mənbə bildirir ki, bu məsələ Təhsil Nazirliyndə yenidən gündəmə gətirilib və yeni dərs ilindən Azərbaycan Kooperasiya Universitetinə tələbə qəbulu durdurula bilər.
Mənbə iddasına görə universitetdə baş alıb gedən xaos və intizamsızlıqdan rektor Eldar Quliyevin xəbəri var və hər şey deputat rektorun nəzarəti altında baş verir. Hətta məsələ o yerdədi ki, rektor Eldar Quliyev tələbə tapşırılması ilə bağlı öz limitini belə tətbiq edib. Belə ki, məlumata əsasən Eldar Quliyev hər müəllimə 1, dekanlara 5, prorektorlara isə 8 tələbənin tapşırılmasına izn verib və bu limitdən artıq heç bir müəllim, dekan və prorektor tələbələrin pulsuz imtahan verməsini təmin edə bilməz. Yəni daxil olan məlumatdan belə görünür ki, yığılan rüşvət pullarının hər bir manatına rektor birbaşa nəzarət edir.
Qeyd edək ki, universitetin nəzdində fəaliyyət göstərən və Eldar Quliyevin qardaşı qızı Fatma Quliyevanın rəhbərlik etdiyi Biznes və Kooperasiya Kolleci haqqında PİA.AZ-a daxil olan ilginc məlumatları dəqiqləşdirdikdən sonra ictimaiyyətin diqqətinə təqdim edəcəyik.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…
шаблоны для dle 11.2

Xəbər lenti
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024