Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (27-02-2015, 19:05)
Məhkəmə Gültəkin Hacıbəylinin iddiasını rədd etdi

Yasamal Rayon Məhkəməsi sabiq deputat Gültəkin Hacıbəylinin 9 jurnalistə qarşı xüsusi ittiham qaydasında məhkəmə iddiasını icraata götürməkdən imtina edib

 

Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, hakim Aqşin Əfəndiyev dəlil yetərsizliyini əsas gətirərək iddianı rədd edib.
Qeyd edək ki, keçmiş deputat “Yurd TV”nin, “Palitra” və “Kaspi” qəzetlərinin, teleqraf.com, sia.az saytlarının əməkdaşlarını məhkəməyə vermişdi. G.Hacıbəyli jurnalistlərin xüsusi ittiham qaydasında cəzalandırılmasını tələb edirdi.
Həmin jurnalistlər həddən artıq qəribə, daha doğrusu, absurd bir səbəbdən G.Hacıbəylinin qəzəbinə gəliblər. Belə ki, onlar sabiq deputatın keçmiş həyat yoldaşı Mahmud Mehdiyevin inişil keçirdiyi mətbuat konfransını işıqlandırdıqları üçün (?-red.) cəzalandırılmalı imişlər. Bu isə özlüyündə nonsensdir. Çünki mətbuat konfranslarında iştirak edərək orada səslənən fikirləri ictimaiyyətə çatdırmaq jurnalistin vəzifələrindən biri sayılır.
Onu da xatırladaq ki, G.Hacıbəyli Mahmud Mehdiyevi 2013-cü ilin mayında keçirdiyi mətbuat konfransında ona qarşı təhqiramiz ifadələr işlətməkdə günahlandırıb və M.Mehdiyevin Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasını istəyib. Yasamal Rayon Məhkəməsi isə iddianı təmin etməyib.
шаблоны для dle 11.2

Xəbər lenti
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024