Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (15-02-2015, 21:40)
Qatı qan nə ilə təhlükəlidir

Orqanizmdə qan əsasən nəqliyyat funksiyasını yerinə yetirir. Qan orqanizmin yaşaması və normal fəaliyyəti üçün lazım olan oksigeni və qidalı maddələri bütün orqan və sistemlərinə çatdırır. Qan həmçinin hormonları və digər bioloji aktiv maddələri bir orqandan digərinə daşıyır.


Normada qan maye vəziyyətində olur. Məhz qanın maye vəziyyətində olması, axması onuz öz nəqliyyat funksiyalarını tam şəkildə yerinə yetirməyə imkan verir. Qan "maye"dən (plazma) və müxtəlif hüceyrələrdən (leykositlər, eritrositlər, trombositlər və s.) ibarətdir. Hüceyrələr qana müəyyən qatılıq verir. Bu qatılıq müxtəlif səbəblərə görə (susuzlaşma, bəzi xəstəliklər və s.) artdıqda qanın nəqliyyat funksiyası pozulur. Nəticədə qan orqan və sistemləri oksigen və lazım olan maddələrlə daha pis təmin edir. Bu isə müxtəlif pozulmaların inkişafına təkan verir.
Digər tərəfdən ürəyə qatı qanı damarlarda hərəkət etdirmək daha çətindir. Bu ürəyin sağlamlığına mənfi təsir edir, ürək daha tez yorulur.


Qatı qanın növbəti mənfi tərəfi - damarlarda trombların əmələ gəlməsidir. Bildiyimiz kimi, kapilyarın və ya damarın tamlığı pozulduqda qan qatılaşır və bu yerdə tromb (laxta) əmələ gəlir, tromb damarı bağlayır və qanaxma kəsilir. Bu orqanizmin müdafiə reaksiyasıdır. Lakin qan lazım olandan daha qatı olduqda tromblaşma patoloji xarakter alır. Bunun nəticəsində insanda, misal üçün, varikoz xəstəliyi inkişaf edə bilər. Ürək və ya beyin damarlarında tromblaşma prosesi getdikdə bu xüsisilə təhlükəlidir. Bunun nəticəsində insanda infarkt və insult kimi ağır fəsadlar inkişaf edə bilər.


Qanın qatı olması həmçinin sonsuzluğa və ya hamiləliyin inkişafdan qalmasına səbəb ola bilər. Bu səbəbdən inkişafdan qalmış hamiləlik halı bir neçə dəfə təkrar olunduqda qadında mütləq qanın laxtalanma sisteminin vəziyyəti yoxlanılmalıdır.
Qanın qatı olması (hiperkoaqulyasiya) xəstəlik olmasa da müxtəlif pozulmaların səbəbi ola bilər. Bu səbəbdən hiperkoaqulyasiya aşkar olunduqda bunun səbəbi araşdırılır və xəstəyə xüsusi qanı durulaşdıran müalicə təyin olunur.


Hiperkoaqulyasiyanın səbəbləri arasında:


- Susuzlaşma. Bunun səbəbi ishal, qusma (misal üçün, zəhərlənmə, ağır infeksiyalar zamanı) və həmçinin sidiyin həddən artıq miqdarda ifraz olunması (misal üçün, şəkərli diabet, böyrək xəstəlikləri zamanı) ola bilər. Susuzlaşmaya səbəb olan amil aradan qaldırılmalıdır.
- Mayenin kifayət qədər qəbul etməməsi. Qanın əsas hissəsini su təşkil edir. Bu səbəbdən insanın orqanizminə hər gün (xüsusilə isti havada) kifayət qədər maye daxil olmalıdır.
- Düzgün olmayan qidalanma (yağlı, hisə verilmiş, şirin qidaların həddən artıq qəbulu).
- Ağır travmalar, yanıqlar.
- Onkoloji xəstəliklər.
- Qara ciyər və dalaq xəstəlikləri.
- Bəzi dərman preparatların qəbulu. Misal üçün, hamiləlik əleyhinə dərmanların qəbulu qanın qatılığını artırır. Bu səbəbdən bu həbləri daim qəbul edən qadınlar qanın vəziyyətinə nəzarət etməlidir, analizlər verməlidir və lazım olduqda həkimə müraciət etməlidir.
Hamiləliyin sonunda yaxın qadında qan daha qatı olur. Qadının orqanizmi özünü doğuşa hazırlaşdırır və doğuşda qanaxmanın qarşısını almaq orqanizm müdafiə mexanizmlərini işə salır - qan qatılaşır. Bu fizioloji haldır və heç bir müalicə tələb etmir.


Bəzi qida məhsulları və bitkilər qanı durulaşdırır: balıq, sarımsaq, soğan, zeytun yağı, portağal, şabalıd, limon, nar, zəncəfil, darçın, sarıkök, qinko biloba bitkisi və s. Hirudoterapiya (zəli ilə müalicə) qanı çox yaxşı durulaşdırır, trombların əmələ gəlməsinin qarşısını alır.
Qanı normadan qatı olan insanlar şirin, hisə verilmiş, çox yağlı qidalardan, spirtli içkilərdən imtina etməlidir.

 

 

шаблоны для dle 11.2

Xəbər lenti
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024